logo

Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana səfər edəcək

10:33 12-11-2019 | icon 266
Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana səfər edəcək

Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 14-də Azərbaycana səfər edəcək.

YeniAvropa "RİA Novosti"yə istinadən xəbər verir ki səfərdə məqsəd Bakıda keçiriləcək dünya dini liderlərinin ikinci sammitində iştirak etməkdir. 

Məlumatda qeyd edilib ki, patriarxı Kirill sammitinin açılışında çıxış edəcək, həmçinin,  Bakıdakı Müqəddəs Jen Mironosits kilsəsinə də baş çəkəcək.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 9-da şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən  tədbirlər planını hazərlanıb və müvafiq Təşkilat Komitəsi yaradılıb. Yubiley tədbirləri çərçivəsində noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı sammiti keçiriləcək.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycanda Dünya dini liderlərinin I Bakı sammiti keçirilib.