logo

İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək

21:34 11-11-2019 | icon 2359
İranda növbəti parlament seçkiləri fevralın 21-də keçiriləcək

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.

Xatırladaq ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.