logo

Gəncədə qonşusunu ürəyindən bıçaqlan şəxs tutuldu

18:41 11-11-2019 | icon 2114
Gəncədə qonşusunu ürəyindən bıçaqlan şəxs tutuldu

Noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində ölməsi faktı ilə bağlı daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Nicat Dajban Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.