logo

Milli Məclisin plenar iclasında 2020-ci ilin büdcə zərfi müzakirəyə çıxarılacaq

14:41 11-11-2019 | icon 2065
Milli Məclisin plenar iclasında 2020-ci ilin büdcə zərfi müzakirəyə çıxarılacaq

Sabah Azərbaycanın 2020-ci il dövlət büdcə zərfi Milli Məclisdə plenar iclasda müzakirəyə çıxarılacaq.

 YeniAvropa xəbər verir  ki, müzakirələr ardıcıl olacaq 3 gün davam edəcək. Noyabrın 14-dək keçiriləcək iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layıhələri, eləcə də Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

İclasa baş nazir Əli Əsədov, müxtəlif nazirlik və komitələrin rəhbərləri də qatılacaqlar.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24, 135 milyard manat, xərcləri isə 26, 914 milyard manat proqnozlaşdırılır.