logo

Sabah Bakıda 21° isti olacaq

13:33 11-11-2019 | icon 2282
Sabah Bakıda 21° isti olacaq

Azərbaycanda noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13° isti, gündüz 17-21° isti təşkil edəcəyi ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 16-21° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti təşkil edəcəyi ehtimal olunur.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-20° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-18° isti təşkil edəcəyi ehtimal olunur.