logo

Gürcüstan ilk dəfə Avropa Şurasına sədrlik edəcək

12:55 11-11-2019 | icon 2128
Gürcüstan ilk dəfə Avropa Şurasına sədrlik edəcək

Gürcüstan noyabrın 27-dən başlayaraq ilk dəfə Avropa Şurasına (AŞ) altı ay müddətinə sədrlik edəcək. 
Sədrliyin rəsmən Gürcüstana təqdim olunması mərasimi həmin tarixdə Strasburqda baş tutacaq. 
YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Gürcüstanda rəsmi səfərdə olan AŞ-in baş katibi Mariya Peyçinoviç Buriç ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşdə bu məsələni müzakirə edib.

Gürcüstana səfəri çərçivəsində Baş katib bir sıra yüksək vəzifəli şəxslərlə də görüşəcək. Tbilisidə AŞ-nin 70 illiyi, Gürcüstanın təşkilata üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatının eçirilməsi də planlaşdırılıb. 

Xatırladaq ki, Gürcüstanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi 2020-ci ilin may ayına qədər davam edəcək.