logo

Boliviya prezidenti istefa verməyə məcbur oldu

10:15 11-11-2019 | icon 2268
Boliviya prezidenti istefa verməyə məcbur oldu

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk etdiyini deyib.

 YeniAvropa  TASS informasiya agentliyinə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yayımlanan müraciətində bildirib.

Qeyd edək ki, ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən seçkilərdə müxalifətin namizədi- sabiq prezident Karlos Mesanın 37 faiz səs yığdığı açıqlanıb. Lakin Mesa nəticələrin saxtalaşdırıldığını və Moralesin dördüncü dəfə prezident olmaq üçün ikinci turun keçirilməsinə imkan yaratmadığını bəyan edib. 

Elə həmin vaxtdan müxalifət tərəfdarları küçələrdədir və davamlı etiraz aksiyaları keçirirlər.Evo Morales  ölkədə fövqəladə vəziyyət elan etsə də bir nəticəsi olmayıb. Son məlumata görə, prezident iqamətgahının mühafizəsini həyata keçirən polislər xidmətdən imtina ediblər. Bəzi şəhərlərdə isə polis özü etirazçıların sıralarına qoşulub, onlar maaşlarının artırılmasını tələb edir. Habelə Boliviya ordusu etirazçılara qarşı güc tətbiq etməyəcəyini bildirib. Hərbi komandanlığın nümayəndəsi, general Uilyams Kaliman bəyan edib ki, hərbçilər situasiyaya qarışmaq niyyətində deyillər.

Dünən səhər saatlarında müxalifət tərəfdarlarının ölkənin əsas teleradio şirkətlərini ələ keçirməsi Evo Moralesi yeni seçkilərin keçirilməsinə vadar edib. 

Noyabrın 10-da Boliviya prezidenti Evo Morales ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.Qeyd edib ki, yeni seçkiləri tərkibi tamimilə yenilənmiş Ali Seçki məhkəməsi keçirəcək:" Hər şeyi edəcəyəm ki,ölkədə gərginlik azlsın.Hər kəsdən ölkədə sabitliyi təmin etmələrini xahiş edirəm". Lakin bu çağırış da müxaliəti qane etməyib. Sonda Evo Morales  istefa verməyə məcbur olub.