logo

ABŞ-dan gələn "Boeing”  Bakıya deyil Gəncəyə endi

10:49 10-11-2019 | icon 2317
ABŞ-dan gələn "Boeing”  Bakıya deyil Gəncəyə endi

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

YeniAvropa xəbər verir  ki, bu barədə "AZAL"dan  bildirilib. Qeyd edilib ki,  "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub. Və saat 10-37-də təyyarə Bakıya enib.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.