logo

İran yeni hərbi maşınını təqdim edib

20:18 09-11-2019 | icon 2555
İran yeni hərbi maşınını təqdim edib

İranın hərbi sənaye kompleksi istehsal etdiyi yeni hərbi yük avtomobilini təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu gün İran ordusunun baş qərargah rəisi, general Məhəmməd Baqerinin iştirakı ilə “Kiyan 700” tipli tank daşıyan maşın piyada qoşunlarının istifadəsinə verilib.

Təqdimat mərasimində qeyd olunub ki, yeni maşın tam olaraq İran istehsalıdır. Yük maşını 17,7 ton yükgötürmə qabiliyyətinə malikdir və biri 60 ton olmaqla iki tankı uzaq məsafəyə daşıya bilər.