logo

Avropa Şurasının baş katibi Gürcüstana səfərə gəlir

18:12 09-11-2019 | icon 2492
Avropa Şurasının baş katibi Gürcüstana səfərə gəlir

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Gürcüstana səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  səfər noyabrın 11-də baş tutacaq.

Səfəri çərçivəsində AŞ-nin baş katibi ölkə prezidenti, baş naziri, parlament sədri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə AŞ-Gürcüstan əməkdaşlıqğı, eləcə də gələcək planlar barədə müzakirələr aparılacaq.

Baş katibin səfəri çərçivəsində paytaxt Tbilisidə Avropa Şurasının 70 illiyi, Gürcüstanın şuraya üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər, eləcə də təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatı da keçiriləcək.