Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
Noyabrın 8-də ABŞ-ın Oklahoma ştatında keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Gədəbəy şəhəri ilə Oklahoma ştatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma və qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi Azərbaycan tərəfdən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və ABŞ tərəfdən Stilluater şəhər Şurasının üzvü Emi Dzialovski imzalayıblar.
İki şəhər arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən əməkdaşlıq sənədi, həmçinin Oklahoma ştatı ilə Azərbaycan arasında strateji əməkdaşlığı dərinləşdirəcək.
İmzalanma mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan ilə ABŞ arasında iqtisadi sahədə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensialından bəhs edib, Oklahomanın Milli Qvardiyası ilə Müdafiə Nazirliyi arasında strateji əlaqələrin digər sahələrə də təsir göstərdiyini vurğulayıblar. Bildirilib ki, bu sənədin imzalanmasının Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar Oklahomada keçirilən tədbirlərlə eyni vaxta təsadüf etməsi xüsusi önəm daşıyır.
Xatırladaq ki, noyabrın 6-da Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Stilluater şəhərində yerləşən Oklahoma Dövlət Universiteti ilə Dövlət Aqrar Universiteti arasında da əməkdaşlıq memorandumu imzalanıb.
Forum Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil edilib.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub