logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

18:56 08-11-2019 | icon 2597
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - noyabrın 9-10-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən  YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturunun dağətəyi rayonlarda 16-21°, dağlıq rayonlarda 13-18° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21°, dağlıq rayonlarda 15-19° isti olacaq.

Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 17-22° isti olacağı bildirilir.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturunun 18-23° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Havanın maksimal temperaturunun 16-21° isti olacağı gözlənilir.

Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gündüz 17-21° isti olacağı ehtimalı var.