logo

Samboçumuz dünya çempionatında bürünc medal qazanıb

18:29 08-11-2019 | icon 3367
Samboçumuz dünya çempionatında bürünc medal qazanıb

Koreya Respublikasının Çeongju şəhərində Azərbaycan idmançılarının da qatıldıqları sambo üzrə dünya çempionatı start götürüb.

 YeniAvropa xəbər verir  ki, turnirdə 5 samboçumuz - Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq) və Nizami Məmmədov (100 kq) çıxış edir.

Yarışın ilk günündə samboçumuz E.Həsənov üçüncü yeri tutub.

Dünya çempionatı noyabrın 10-dək davam edəcək.