logo

 Sergey Lavrov Ermənistana rəsmi səfərə gəlir

16:41 08-11-2019 | icon 2520
 Sergey Lavrov Ermənistana rəsmi səfərə gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda rəsmi səfərdə olacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, səfər zamanı Rusiya XİN başçısı Ermənistan baş naziri Nikol Paşinyan və ölkə prezidenti ilə görüşəcək. "Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla da danışıqlar aparacaq. 2020-2021-ci illər üçün Rusiya və Ermənistan XİN arasında məsləhətləşmər keçiriləcək. XİN başçısı Ermənistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında münasibətlər, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və digər beynəlxalq birliklər çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacaq”,-deyə Mariya Zaxarova vurğulayıb.

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi daha sonra deyib: "Lavrovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də daxil olmaqla, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq".