logo

İran səmasında pilotsuz uçuş aparatı vurulub

15:51 08-11-2019 | icon 2940
İran səmasında pilotsuz uçuş aparatı vurulub

İranın Hava Hücumundan Müdafiə Qüvvələri Xusistan vilayəti üzərində pilotsuz uçuş aparatı (PUA) vurub.

 YeniAvropa  yerli mətbuata istinadən xəbər verir ki, PUA-nın üzərində heç bir tanınma nişanı olmadığına görə onun hansı ölkəyə məxsusluğu bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat verilməyib. Körfəzə yaxın yerləşən Xuzistan vilayətində bir sıra strateji obyektləri var. İri limanlarla yanaşı, burada nüvə obyektləri də fəaliyyət göstərir.

İranın xüsusi xidmət orqanları hadisə ilə bağlı təhqiqat aparırlar.