logo

Yanvarın 1-dən enerji içkiləri ilə bağlı yeni qaydalar tətbiq olunacaq

15:14 08-11-2019 | icon 2737
Yanvarın 1-dən enerji içkiləri ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək və tərkibində karbohidratların kütlə payı isə 11 faizdən artıq olmayacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Qeyd edilib ki, agentliyin hazırladığı “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, gələn il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.