logo

Elmar Məmmədyarov Litva  parlamentinin sədrini qəbul edib

20:31 07-11-2019 | icon 2394
Elmar Məmmədyarov Litva  parlamentinin sədrini qəbul edib

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və iki ölkə arasında kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib. Eyni zamanda, parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq, bu xüsusda parlamentarilər arasında mütəmadi təmasların vacibliyi vurğulanıb.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iştirak barədə məlumat verib.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.