logo

Ramanada "Jiquli"nin vurduğu piyada öldü

18:51 07-11-2019 | icon 189
Ramanada "Jiquli"nin vurduğu piyada öldü

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Elyanə Məmişova Bakı şəhər sakini N.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sürücü xəsarət almış piyadanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb. Lakin təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova ölüb.

Xızı rayonunun Giləzi kəndi ərazisində isə yolu keçən rayon sakini Ceyhun Abbasov Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.