logo

İlham Əliyev Argentinanın yeni seçilmiş prezidentini təbrik etdi

18:34 07-11-2019 | icon 2485
İlham Əliyev Argentinanın yeni seçilmiş prezidentini təbrik etdi

Prezident İlham Əliyev noyabrın 7-də Argentina Respublikasının yeni seçilmiş prezidenti Alberto Fernandesə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir:

"Hörmətli cənab Fernandes,

Argentina Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".