logo

Xarkovda Azərbaycanın  Mədəniyyət və İnformasiya Mərkəzi açılır

16:10 07-11-2019 | icon 182
Xarkovda Azərbaycanın  Mədəniyyət və İnformasiya Mərkəzi açılır

Noyabrın 8-də Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaq.

YeniAvropa xəbər verir  ki, sabah Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstək və təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi olacaq.

Mərkəzin fəaliyyətə başlamasında məqsəd Azərbaycanın mədəniyyətini, tarixini təbliğ etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada Azərbaycan mədəniyyəti və tarixinin təbliği dövlətimizin prioritet fəaliyyətidir. Ukraynanın digər şəhərlərində də Azərbaycanın Mədəniyyət mərkəzlərinin açılışı gözlənilir.