logo

Zelenski Ərdoğanla telefonda  iqtisadi əməkdaşlığı müzakirə edib

15:58 07-11-2019 | icon 2744
Zelenski Ərdoğanla telefonda  iqtisadi əməkdaşlığı müzakirə edib

Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. 

YeniAvropa  Ukrayna prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçıları Ukrayna ilə Türkiyə arasında azad ticarət haqqında saziş bağlanmasına hazırlıqla əlaqədar danışıqlar prosesini fəallaşdırmağın zəruriliyini təsdiq ediblər. Bundan əlavə, Ukrayna və Türkiyə prezidentlərinin həmsədrliyi ilə yüksək səviyyəli Strateji Şuranın Kiyevdə keçiriləcək növbəti iclasına hazırlığın vəziyyəti müzakirə olunub.

Dövlət başçıları qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı daha da fəallaşdırmaq əzmində olduqlarını bildiriblər.