“Bakcell”dən tamamilə yeni internet paketləri
“Bakcell” şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib.
YeniAvropa xəbər verir ki, yeni paketlər sayəsində “Bakcell” ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər, həm də nömrənin balansına daha yaxşı nəzarət edə biləcəklər. Belə ki, mobil internet nömrədə abunəçi yalnız internet paketi aldıqda aktiv olacaq. İnternet trafiki bitdikdən sonra abunəçiyə hər meqabayta görə daha yüksək qiymət ödəmək əvəzinə, xüsusi səhifə və ya SMS vasitəsilə münasib qiymətə yeni paket almaq və ya cari paketi yeniləmək təklif olunacaq.
Bu yeni məhsullar Azərbaycanda mobil internet istifadəsi üzrə maksimum şəffaflığı təmin edən böyük bir yenilikdir. Bundan sonra internet paketi almayan abunəçilər smartfon tətbiqetmələrinin arxa fonda baş verən yenilənmələri və ya təsadüfi internet bağlantısı nəticəsində yarana biləcək əlavə xərclərdən azad olacaqlar. Çünki mobil internet yalnız müvafiq internet paketini əldə etdikdən sonra aktivləşəcək.
Bu internet paketlərinin gətirdiyi təkmilləşdirilmiş müştəri təcrübəsi isə “Mənim Bakcellim” tətbiqetməsi sayəsində daha əlverişli olacaq. Belə ki, “Mənim Bakcellim” vasitəsilə abunəçi internetdən istifadəyə tam nəzarət edəcək, lazım olan paketləri əldə edə, yeniləyə və ya dəyişə biləcək, xərclənən məbləğ və aktiv paketin qalan hissəsi barədə şəffaf məlumat alacaq.
Şirkətdən verilən məlumatda qeyd edilir ki, “Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daha da artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.
Yeni aylıq internet paketləri abunəçinin istəyindən asılı olaraq 50 MB, 500 MB, 1 GB, 2 GB, 5 GB və ya 10 GB həcmində təklif olunur.
Daha ətraflı məlumatı “https://www.bakcell.com/az/internet-for-smartphones” səhifəsindən və ya “Mənim Bakcellim” mobil tətbiqetməsinin “İnternet paketləri” bölməsindən əldə etmək olar.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir