logo

Qurban Qurbanov APOEL-lə bu günkü oyundan danışdı

10:07 07-11-2019 | icon 3059
Qurban Qurbanov APOEL-lə bu günkü oyundan danışdı

Rəqib həddindən artıq istəkli ola bilər. Çünki doğma meydanında oynayacaq.

YeniAvropa xəbər verir  ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü tur matçından əvvəl ötən axşam Nikosiyada təşkil olunan mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis rəqibə qarşı üstünlük verəcəkləri oyun üslubunu açıqlayıb: "90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşəcək.

Xatırladaq ki, Bakıda keçirilən “Qarabağ” - APOEL  qarşılaşması 2:2 hesabı ilə başa çatıb

3 turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.