logo

1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub

19:10 06-11-2019 | icon 2359
1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub

 1992-ci ildən indiyədək  Ukraynada 60 jurnalist həlak olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Ali Radasının söz azadlığı məsələləri komitəsinin sədri Nestor Şufriç bu gün parlamentdə çıxışı zamanı deyib. 

 “Ukraynada jurnalistlərin fəaliyyətinin təhlükəsizliyi: vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda keçirilən dinləmələrdə N.Şufriç deyib: “Bu gün ölkəmizdə jurnalistlərə güc tətbiqi halları, təəssüf ki, adi hala çevrilib. KİV işçilərinə qarşı cinayətlərin 92 faizi cəzasız qalır, jurnalistlərə hücumla bağlı hər 12 işdən yalnız biri məhkəməyə göndərilir”.

Komitə başçısı onu da bildirib ki, qanunvericiliyə görə, KİV əməkdaşına hücum hüquq-mühafizə orqanları əməkdaşına hücumla bərabər tutulur. O, jurnalistlərin peşə fəaliyyətinə əngəl olmağın ciddi cəzalandırılmasının zəruri olduğunu vurğulayıb.