logo

Bakıda süni intellekt mövzusunda beynəlxalq konfrans  keçiriləcək

16:08 06-11-2019 | icon 2541
Bakıda süni intellekt mövzusunda beynəlxalq konfrans  keçiriləcək

Noyabrın 15-də “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan bildirilib . Qeyd edilib ki, konfrans institutun, Ədliyyə Nazirliyinin, Dünya Bankının və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xatırladaq ki, ilin sonunda süni intellektlə bağlı elmi məqalələr toplusu nəşr olunacaq. Topluda Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşlarının məqalələri də yer alacaq.