logo

Maştağada evdən 7 kq-dan çox marixuana götürüldü

15:30 06-11-2019 | icon 2191
Maştağada evdən 7 kq-dan çox marixuana götürüldü

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kiloqram 400 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.