logo

Sabah Bakıda 18° isti olacaq

14:31 06-11-2019 | icon 2324
Sabah Bakıda 18° isti olacaq

Azərbaycanda noyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13°, gündüz 15-18° isti, Bakıda gecə 10-12°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.