logo

ABA Beynəlxalq Maliyyə Korporasiyası ilə saziş imzaladı

11:45 06-11-2019 | icon 224
ABA Beynəlxalq Maliyyə Korporasiyası ilə saziş imzaladı

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanıb.

 YeniAvropa xəbər verir ki, sazişi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova imzalayıblar. Sazişə əsasən hər iki qurum elektron və maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək.

Qeyd edək ki, imzalanma mərasimi noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində baş tutub.