logo

Abşeronda ağır avtoqəza: iki nəfər öldü

22:47 05-11-2019 | icon 3577
Abşeronda ağır avtoqəza: iki nəfər öldü

Abşeron rayonunda ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Fatmayi-Goradil avtomobil yolunda baş verib.

Belə ki, 1938-ci il təvəllüdlü Şamil Əliyevin idarə etdiyi "Volvo" markalı avtomobil Mehman Quliyevin sükanı arxasında olduğu "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Hyundai"ın sərnişinləri - 1994-cü il təvəllüdlü Türkanə Rüstəmova hadisə yerində, 2017-ci il təvəllüdlü Yusif Quliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.