logo

Karateçiləriimiz İrandan 10 medalla döndülər

20:48 05-11-2019 | icon 3052
Karateçiləriimiz İrandan 10 medalla döndülər

İranın Gülüstan şəhərində keçirilən “Golestan Cup” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər.

YeniAvropa xəbər verir  ki,  “Qaraqaplan” klubunun məşqçisi Orxan Şabanovun rəhbərliyi altında mübarizə aparan komandamız 10 medal qazanıb. Belə ki, müxtəlif yaş qruplarında Tural Ələkbərli (67 kq) və Ümid Əsgərov (30 kq) qızıl, Nicat Kərimli (57 kq), Nihat Kərimzadə (55 kq), İsfəndiyar Novruzov (30 kq), Yavərbəy Abdullayev (+70 kq) gümüş, Vahid Həsənov (35 kq), İkram Babayev (55 kq), Mircəlal Ələsgərov (60 kq) və Aydın Fərzəli (52 kq) bürünc medal qazanıblar.

Yarışda 6 ölkədən idmançılar mübarizə aparıblar.