logo

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təbibləri Bakıda toplaşıblar

19:53 05-11-2019 | icon 2037
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təbibləri Bakıda toplaşıblar

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi tibb xidməti mütəxəssislərinin işçi görüşü başlayıb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, hərbi tibb sahəsində əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Türkiyə təmsilçisi polkovnik Yusuf Gündoğdu və Gürcüstan nümayəndəsi polkovnik Avtandil Abaşidzenin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Görüşdə Azərbaycan Ordusunun tibbi təminatının strukturlarına dair brifinqlər iştirakçıların diqqətinə təqdim olunub, əməkdaşlıq sahəsində mövcud qabaqcıl təcrübələrin öyrənilməsi və birgə fəaliyyətlər planının hazırlanması mövzusunda fikir mübadiləsi aparılıb.