logo

Bakıda müxalifət liderlərinin görüşü keçirilib

19:30 05-11-2019 | icon 189
Bakıda müxalifət liderlərinin görüşü keçirilib

Noyabrın 5-də Bakıda Müsavat Partiyasının qərargahında müxalifət liderlərinin görüşü keçirilib.

YeniAvropa xəbər verir  ki,görüşdə Müsavat Partiyasının sədri Arif Hacılı, AXCP lideri Əli Kərimli , Xalq Partiyasının lideri Pənah Hüseynov, eləcə də Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, sabiq səhiyyə naziri və keçmiş siyasi məhbus Əli İnsanov, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak ediblər.

Bildirilib ki, REAL partiyasının lideri İlqar Məmmədov və Milli Şuranın sədri Cəmil Həsənli tədbirə dəvət olunsalar da xarici səfərdə olmaları səbəbindən toplantıya qatılmayıblar. 

Grüşdə çıxış edən Əli İnsanov gələcək görüşlərə daha çox müxalifətçinin dəvət edilməsini məqbul saymayıb: " Belə görüşlərdə say çox olanda qərarların qəbul edilməsi çətinləşir". 

AXCP sədri Əli Kərimli görüşdən sonra KİV-ə müsahibəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdiklərini söyləyib.Onun sözlərinə görə, toplantıda əsasən sərbəst toplaşmaq hüququnun bərpası, birgə etiraz aksiyalarının keçirilməsi məsələləri müzakirə edilib. Bu zaman partiyalara sərbəst seçim verilib. Ola bilsin ki,gələcəkdə hansısa partiyanın siyasəti həmin aksiyalara uyğun gəlməzsə, həmin aksiyada iştirak etməyəcək.