logo

“Evro2020”nin final oyunları İTV və AzTV-də yayımlanacaq

18:30 05-11-2019 | icon 2961
“Evro2020”nin final oyunları İTV və AzTV-də yayımlanacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələniblər.

YeniAvropa xəbər verir  ki, iyunun 12-dən iyulun 12-dək keçiriləcək “Evro2020”nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir matçı Bakıda keçiriləcək.

“Evro2020”nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq.

Xatırladaq ki, UEFA-nın 60 illik yubileyi münasibətilə “Evro2020”nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası Avropanın ali futbol qurumu tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın icraiyyə komitəsinin iclasında isə 12 ev sahibi şəhər təsdiqlənib