logo

Ağdamda “Bayraq yürüşü” keçiriləcək

15:59 05-11-2019 | icon 2114
Ağdamda “Bayraq yürüşü” keçiriləcək

Noyabrın 7-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Bayraq yürüşü” keçirəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edəcəklər.