logo

Qarabağda erməni hərbçi intihar etdi

11:57 05-11-2019 | icon 1946
Qarabağda erməni hərbçi intihar etdi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi intihar edib.

 YeniAvropa Ermənistan  KİV-inə istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Erik Arutyunyan ölümünün təfərrüatları məlum deyil. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırmaq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.