logo

APOEL - “Qarabağ” oyununu avstriyalı hakimlər briqadası idarə edəcək

16:53 04-11-2019 | icon 2856
APOEL - “Qarabağ” oyununu avstriyalı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 7-də keçiriləcək APOEL (Kipr) - “Qarabağ” matçına hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir  ki, qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruber olacaq.

Nikosiyadakı “GSP Arena”da stadionunda keçiriləcək matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşəcək.

Xatırladaq ki, 3 turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.