logo

Bakıda  Azərbaycan-Aİ komitəsinin iclası keçiriləcək

14:59 04-11-2019 | icon 2093
Bakıda  Azərbaycan-Aİ komitəsinin iclası keçiriləcək

Nyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb. 2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.

Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitənin iclasını keçirib.