logo

Cüdoçumuz Murad Fətiyev beynəlxalq turnirdə üçüncü olub

12:31 04-11-2019 | icon 2968
Cüdoçumuz Murad Fətiyev beynəlxalq turnirdə üçüncü olub

Avstraliyanın Pert şəhərində cüdo üzrə açıq Okeaniya turniri davam edir.

 YeniAvropa xəbər verir  ki, komandamızın üzvü Murad Fətiyev (81 kq) bürünc medal uğrunda mübarizədə italiyalı Regis Andreaya qalib gəlib.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində daha 1 medal var. Təmsilçimiz Nicat Şıxəlizadə turnirdə ikinci yeri tutub. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə cüdoçumuz bu nəticə ilə aktivinə daha 500 xal yazdırıb.

Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur.