logo

Sumqayıtda maşın süpürgəçi qadını vurdu, öldürdü

16:33 03-11-2019 | icon 3717
Sumqayıtda maşın süpürgəçi qadını vurdu, öldürdü

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

YeniAvropa xəbər verir  ki, hadisə şəhərin Sahil küçəsində baş verib. Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.