logo

Sumqayıtda ağır yol qəzasında iki nəfər ölüb

14:40 03-11-2019 | icon 3374
Sumqayıtda ağır yol qəzasında iki nəfər ölüb

Sumqayıtda “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində həyatını itirən iki şəxsin kimliyi məlum olub.

 YeniAvropa  xəbər verir ki, ölənlərdən biri 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur. Qəza zamanı həyatını itirən ikinci şəxsin 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu olduğu müəyyənləşdirilib.

Dörd yaralı isə Sumqayıt şəhər Təcili Tibbi Xəstəxanaya yerləşdirilib. Baş həkim Rauf Sadıqovun verdiyi məlumata görə, onlardan 3-ü reanimasiya şöbəsində müalicə alır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.