Sabah Bakıda 14° isti olacaq
Azərbaycanda noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 2-7° şaxta, gündüz 12-17° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə yaranacaq. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-16° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti təşkil edəcək.
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq