logo

Bakıda “CASPINDEXPO-2019” sərgisi keçiriləcək

13:55 02-11-2019 | icon 2548
Bakıda “CASPINDEXPO-2019” sərgisi keçiriləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara, kiçik və orta biznes sahələri üzrə fəaliyyət göstərən müəssisə və şirkət rəhbərlərinə, eləcə də sərgidə iştirak etməkdə maraqlı olan şəxslərə müraciət edib.

AZPROMO-dan YeniAvropa-ya bildirilib ki, noyabrın 6-8-də Bakı İdman Sarayında II “CASPINDEXPO-2019” beynəlxalq sənaye sərgisi təşkil olunacaq. Sərgi çərçivəsində noyabrın 7-də Bakı Biznes Mərkəzində yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək. Sahibkarlar sərgi və biznes forumda iştiraka dəvət olunurlar.

Tədbirin təşkilatçısı “International Trade Fairs Group” şirkətidir.