Bu gündən etibarən Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq ala biləcəklər.
YeniAvropa xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.
Əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi cari il noyabrın 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.