logo

Sabah Bakıda yağış yağacaq,15° isti olacaq

14:27 01-11-2019 | icon 2345
Sabah Bakıda yağış yağacaq,15° isti olacaq

Ölkə ərazisində noyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12°, gündüz 13-15° isti, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-18° isti, dağlarda gecə 2-6°, gündüz 6-9° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.