logo

İndiyədək 27 min 113 ipoteka krediti verilib

13:30 01-11-2019 | icon 2569
İndiyədək 27 min 113 ipoteka krediti verilib

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan  YeniAvropa -ya bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 27 min 113 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344,6 milyon manatdan çoxdur.

Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457,6 min manat təşkil edib.