logo

Hava limanı istiqamətində yollarda sürət həddi endirilib

10:59 01-11-2019 | icon 2177
Hava limanı istiqamətində yollarda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı və Zığ dairəsi-hava limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.Qeyd edilib ki, eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metroloji amilləri nəzərə alsınlar.