logo

Pakistanda qatar faciəsində ölənlərin sayı 73 nəfərə çatıb

12:08 31-10-2019 | icon 2555
Pakistanda qatar faciəsində ölənlərin sayı 73 nəfərə çatıb

Pakistanın şimal-şərqində yerləşən Pəncab ştatında sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ilkin məlumata görə, Kəraçidən Ravalpindi şəhərində gedən qatarda baş verən yanğına qaz balonunun partlaması səbəb olub. Yanğın üç vaqona yayılaraq onları külə döndərib.

Pakistanın dəmir yolları naziri Şeyx Rəşid bildirib ki, ölüm hallarının bir çoxu sərnişinlərin özlərini hərəkətdə olan qatardan yerə atmaları nəticəsində baş verib. Hələlik ölənlərin yalnız bir hissəsinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Cəsədlərin bir çoxu yanaraq tanınmaz hala düşüb.