logo

Gürcüstanın kişi və qadın voleybolçuları Azərbaycan Super Liqasında çıxış edəcəklər

20:31 30-10-2019 | icon 2926
Gürcüstanın kişi və qadın voleybolçuları Azərbaycan Super Liqasında çıxış edəcəklər

Voleybol üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan Super liqalarında altı komanda mübarizə aparacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev oktyabrın 30-da jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, çempionatda Gürcüstanın kişilərdən və qadınlardan ibarət komandaları da güclərini sınayacaqlar. Artıq bununla bağlı Gürcüstan Voleybol Federasiyasından razılıq məktubu gəlib. Çempionatla bağlı digər məsələlərə dair açıqlama yaxın günlərdə veriləcək.

“Bu il qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərinə ölkə xaricində çıxış edə bilmələri üçün azad transfer hüququ verdik. Gələn il isə avrokuboklarda iştirak edəcəyik. Bu istiqamətdə mühüm işlər görülür”, - deyə F.Qarayev əlavə edib.