logo

Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirmək istədilər

18:15 29-10-2019 | icon 2254
Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirmək istədilər

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.Qeyd edilib ki,  Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatın gödəkcəsinin cibində gizlədilmiş bükülüdə 2,1 qram tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.