logo

İlham Əliyev Heydər Əsədova “Şöhrət” ordeni verdi

17:50 29-10-2019 | icon 2394
İlham Əliyev Heydər Əsədova “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev oktyabrın 29-da Heydər Əsədovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Heydər Xanış oğlu Əsədov 24 oktyabr 1959 -cu ildə ERmənistanın Qarakilsə rayonunda anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. Bundan əvvəl isə o, 17 aprel 2007 — 22 oktyabr 2013 illərdə  Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 22 oktyabr 2013 — 21 aprel 2018 illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

 Qeyd edək ki, Heydər Əsədodaha çox keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınırdı.Onlar quda idilər.